Millimizin sabiq forvardı Belarus klubunda 

Millimizin sabiq forvardı Belarus klubunda 

Azərbaycan millisinin sabiq hücumçusu Ruslan Qurbanov karyerasını Belarus çempionatında davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, 29 yaşlı forvard “Slaviya” (Mozır) ilə anlaşıb.

İnformasiyanı sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Ruslan Belarus təmsilçisinə azad agent statusu ilə qoşulub.   Qurbanov geridə qalan mövsümü “Zirə”də keçirib. O, daha öncə “Keşlə”, “Səbail”, “Qəbələ”, “Sumqayıt” və “Neftçi”də də forma geyinib. Futbolun sirlərinə “Dinamo” (Stavropol) və “Rostov” klublarında yiyələnmiş Qurbanov sonralar “Nika”, “Taqanroq” və “Hayduk” (Split) kimi komandalarda da çıxış edib. Azərbaycan millisində 26 matça çıxmış ön xətt oyunçusu 1 qol vura bilib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər