Futzal üzrə dünya çempionatının 1/4 finalında keçiriləcək Azərbaycan - Portuqaliya matçının hakimləri açıqlanıb. Fanat.Az xəbər verir ki, matçda ədaləti 3 ölkənin təmsilçilləri qoruyacaq.
Görüşün əsas hakimi Serxio Kabrera (Kuba) olacaq. Ona ikinci hakimi kimi Joze Katemo (Anqola), üçüncü referi kimi isə Xalid Hniç (Mərakeş) kömək edəcək.
Qeyd edək ki, Azərbaycan - Portuqaliya oyunu sentyabrın 26-ı Bakı vaxtı ilə gecə 03.00-da başlayacaq.
Fanat.Az