Azərbaycan - Şimali İrlandiya oyununa bilet satışı davam edir. Fanat.Az xəbər verir ki, bu gün naharadək 15800 bilet sahibini tapıb.
10 iyun tarixində 20:00-da start fiti veriləcək matç 31200 azarkeş tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu isə o deməkdi ki, DÇ-2018-in seçmə mərhələsinin oyunu üçün satışa çıxarılan biletlərin yarısından çoxu satılıb.
Fanat.Az