Millimizin hücumçusu rəmzi komandaya düşdü

Millimizin hücumçusu rəmzi komandaya düşdü

İsveçrə Super Liqasında mövsümün ilk dövrəsinin rəmzi komandası açıqlanıb.

Fanat.Az xəbər verir ki, rəmzi heyətdə “Qrasshoppers”də çıxış edən azərbaycanlı hücumçu Renat Dadaşov da yer alıb.

Azərbaycan yığmasının da üzvü olan forvard bu mövsüm İsveçrə çempionatında 15 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

“Qrasshoppers” Super Liqada 16 turdan sonra 20 xalla 7-ci sırada qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər