Millimizin hücumçusu qol vurdu, “Qrasshopper”...

Millimizin hücumçusu qol vurdu, “Qrasshopper”...

Futbol üzrə İsveçrə çempionatında 21-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Sürix”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 30-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Renat vurub.

“Qrasshopper” 21 turdan sonra 24 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər