Millimizin Belarus toplanışı davam edir - VİDEO

Millimizin Belarus toplanışı davam edir - VİDEO
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Belarusda təlim-məşq toplanışını davam etdirir.
Federasiyadan Fanat.Az-a verilən məlumata görə, Minskin "Stayki" Olimpiya Mərkəzində keçirilən hazırlıq prosesində Azərbaycan, Belarus, Qazaxıstan və Özbəkistan yığmaları iştirak edir. Fevralın 8-dən 25-dək davam edəcək toplanışda həm taktiki-texniki, həm də fiziki hazırlığın yüksəldilməsi istiqamətində çalışmalar həyata keçirilir.
Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan toplanışda baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Murad Bazarov (hər ikisi 60 kq), Namaz Rüstəmov, İslambek Dadov (hər ikisi 67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev, Zamir Məhəmmədov (97 kq), Beka Kandelaki və Sabah Şəriəti (+130 kq) iştirak edir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər