Millimizin Avropa Oyunları üçün heyəti

Millimizin Avropa Oyunları üçün heyəti
Azərbaycanın taekvondo üzrə milli komandasının İtaliyanın Bari şəhərində təşkil olunacaq Avropa Oyunları (G4 Extra European Games 2019) üçün heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, noyabrın 1-də start götürəcək G4 kateqoriyalı yarışda 6 idmançı mübarizə aparacaq.
Millinin heyətində kişilərdən Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq) və Radik İsayev (+80 kq), qadınlardan Patimat Abakarova (53 kq), Fəridə Əzizova (67 kq) və Zahra Fazel Kalxoran (+67 kq) yer alıb.
45 ölkədən 213 idmançının (114 kişi, 99 qadın) reytinq xalları uğrunda döyüşəcəyi yarışlarda qalib idmançı aktivinə 40 xal, finalçı 24.5 xal, üçüncü yerin sahibi 17.5 xal əlavə edəcək.
Qeyd edək ki, "PalaFlorio" idman arenasında keçiriləcək 3 noyabr tarixlərində yekun vurulacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər