"Məktəb yığması" bu dəfə 9 qol "yedi" - OYUNA LAYİQ NƏTİCƏ

"Məktəb yığması" bu dəfə 9 qol "yedi" - OYUNA LAYİQ NƏTİCƏ
19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Avropa çempionatının əsas mərhələsində bu gün son oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komandamız son sınağında Sloveniya yığması ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 21.00-da başlayan görüşdə təmsilçimiz rüsvayçı yenilgi alıb - 1:9.
 
Qrupu sonuncu bitirən Ağatahir Əzimovun "drujina"sı hər rəqibinə 1 top vurması ilə təsəlli tapa bilər. Rəqibləri önündə peşəkar komandadan çox orta məktəb yığmasına bənzəyən kollektiv 3 oyunda "yediyi" 22 topun hansı durumu özündə əks etdirdiyini anlamalı, "yuxarılar" vəziyyətdən nəticə çıxarmağa çalışmalıdı. 

Qrupun digər oyununda isə Hollandiya Kipr üzərində 4:1 hesablı qələbə qazanıb. Maksimum nəticə göstərən hollandlar qrup birincisi kimi final mərhələsinə yüksəlib.

Qeyd edək ki, yığmamız qrupdakı ilk oyunda Cənubi Kiprə 1:7, Hollandiyaya isə 1:6 hesabı ilə uduzub.
Avropa çempionatı
Əsas mərhələ
30 mart
Azərbaycan - Sloveniya 1:9
Qollar: Matiç Qoznik, 0:26; Marko Byelçeviç, 11:19, 29:30; Tilen Qayser, 14:32, 38:18; Timoti Debelyak, 15:55; Marko Mohoriç, 18:17; Tod Kiuha, 27:40; Vanç Floryançiç, 31:57 -İqbal Pənahov, 39:21
Hakimlər: Damian Yaruçevis (Polşa), İvo Tsenov (Bolqarıstan), Marko Rotenfluh (İsveçrə)

Podçetrtek İdman Sarayı, Sloveniya

 

Azərbaycan: 1. Vladislav Reznov (q),2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 7. Nurlan Mehdizadə, 10. Kənan Əsədli, 12. Niyaz Əhmədov (q), 4. Turan Əhmədov, 5. Rauf Rüstəmov, 6. Sabir Həsənov, 8. Hüseyn Qarayev, 9. Rafael Mütəllimov, 17. Nicat Quluzadə

Baş məşqçi: Ağatahir Əzimov 

 

Sloveniya: 12. Maks Vidmar (q), 3. Matic Goznik, 6. Tilen Gajser, 10. Timotej Debeljak (k), 13. Jeremy Bukovec, 1. Jure Vetrih (q), 2. Matej Ahçin, 4. Maks Vesel, 8. Vanç Florjançiç, 11. Marko Bjelçeviç, 14. Marko Mohoriç, 15. Tod Ciuha

Baş məşqçi: Andrej Doboviçnik

 

1

Hollandiya

3

3

0

0

15-6

9

2

Sloveniya

3

2

0

1

19-6

6

3

Kipr

3

1

0

2

8-11

3

4

Azərbaycan

3

0

0

3

3-22

0

 

 

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər