Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VII qrupunda mübarizəyə yekun vurulub. Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının qüvvəsini sınadığı qrupun son görüşləri eyni saatda başlayıb.
Meydan sahibi İrlandiya artıq növbəti mərhələyə vəsiqəni təmin edən Serbiya ilə üz-üzə gəliblər. Qarşılaşma ada təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Təbriz Həsənovun yetirmələri isə qrupun autsayderi Kiprlə qarşılaşıblar. Görüş komandamız üçün məğlubiyyətlə başa çatıb. Rəqib təmsilçimizə 2:1 hesabı ilə qalib gəlib.
Beləliklə, hər 3 oyunda cəmi 1 xal toplayan Azərbaycan millisi qrup mərhələsini sonuncu yerdə bitirib. İrlandiya və Serbiya isə növbəti mərhələyə yüksəlib.
Avropa çempionat (U-19)
Seçmə mərhələ
III qrup, III tur
10 oktyabr
İrlandiya – Serbiya 2:1
Uoterford. Regional İdman Mərkəzi
Kipr –Azərbaycan - 2:1
Qollar: Louka Panagious, 61-p. Roles Markos, 70-p - Bahadur Həziyev, 90+2
Ueksford. "Ferrikarriq Park” stadionu
|
1 |
İrlandiya |
3 |
2 |
1 |
0 |
7-1 |
7 |
|
2 |
Serbiya |
3 |
2 |
0 |
1 |
6-3 |
6 |
|
3 |
Kipr |
3 |
1 |
0 |
2 |
2-7 |
3 |
|
4 |
Azərbaycan |
3 |
0 |
1 |
2 |
2-6 |
1 |
Fanat.Az