Millimiz Podqoritsaya bu heyətlə gedir

Millimiz Podqoritsaya bu heyətlə gedir

Monteneqronun Podqoritsa şəhərində 17 yaşadək qızlardan ibarət UEFA İnkişaf turniri keçiriləcək. Fanat.Az xəbər verir ki, yarışda Azərbaycan yığması da qüvvəsini sınayacaq.

 

Aprelin 17-dən 21-dək davam edəcək turnirdə millimiz meydan sahibləri, Qazaxıstan, Bosniya və Herseqovina ilə mübarizə aparacaq.

 

Komandamız ayın 17-də Bosniya və Herseqovina, 19-da Monteneqro, 21-də  Qazaxıstanla görüşəcək.

 

Millimiz yarışa 18 futbolçu ilə yollanacaq. Bunlar Aysun Muradova (“Zaqatala”), Minarə Gözəlova, Lamiyə Əlizadə, Aytac Nemətova, Nərmin Əhmədli, Ramilə Bayramova, Sona Rəhimova (hamısı “Təhsil”), Jalə İldırımova (“Sumqayıt”), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva (hamısı “Mingəçevir”), Lamiyə Qurbanova, Anna Abulashvili (hər ikisi “Qəbələ”), Ləman Mustafazadə (“İmişli”), Elvira Əskərzadə, Ləman Niftəliyeva, Umnisə Əliyeva (hamısı “Fidan”), Fidan Əbdülrəhmanovadı (“Araz”).

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər