Millimiz Moldova ilə oytunda qələbəni əldən verdi

Millimiz Moldova ilə oytunda qələbəni əldən verdi
Moldovanın paytaxtı Kişinyovda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.
 
Fanat.Az xəbər verir ki, Elxan Abdullayevin çalışdırdığı komandamız moldovalı həmyaşıdları ilə qarşılaşıb.
 
Moldovadan olan hakimlərin idarə etdiyi oyunda hesabı Azərbaycan millisi açıb. 26-cı dəqiqədə Xəyal Əliyev rəqib qapısına yol tapıb. Lakin komandamız bu üstünlüyü 84-cü dəqiqədə əldən verib. Beləcə, tərəflər meydanı heç-heçə ilə tərk ediblər.
 
Bu komandalar arasında iyunun 6-da daha bir oyun keçiriləcək. Millimiz bundan öncəki sınaq matçında Belarusla səfərdə qolsuz bərabərliyə razılaşmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər