Millimiz karantin qaydalarını pozdu - VİDEO

Millimiz karantin qaydalarını pozdu - VİDEO
Taekvondo üzrə Azərbaycan milli komandası karantin qaydalarını pozub.
İdmançılarımız komanda şəklində məşqlərə start veriblər.
Yığmamız qaydalara zidd olaraq, Abşeron rayonundakı idman zallarının birində çalışmalara başlayıb.
İdmançılarımızdan bəziləri məşqlərdən hətta video paylaşsalar da, sonradan onları siliblər. Ayxan Tağızadənin isə məşqdən çəkilən videosu hələ də qalır. O, videonu "training, 2020" (Məşq, 2020) başlığı ilə paylaşıb.
Qeyd edək ki, Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən idman zallarının fəaliyyətinə hələ ki, icazə verilmir.
 
Mənbə: Qafqazinfo.az
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər