Millimiz irəlilədi - REYTİNQ

Millimiz irəlilədi - REYTİNQ

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. 

Fanat.Az beynəlxalq futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, son reytinq cədvəlinə əsasən, Azərbaycan milli komandası bir pillə irəliləyib. 

Millimiz 1179,88 xalla 111-ci pillədə qərarlaşıb.

Bu ay Macarıstandakı görüşlərdə qeydə alınan nəticələr sayəsində yığmanın aktivinə əlavə etdiyi 2.05 xal bir addım irəliləməyə şərait yaradıb. 

FİFA reytinqinə Argentina millisi başçılıq edir. Fransa ikincidir, Belçika ilk üçlüyü tamamlayır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər