17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin III qrupuna yekun vurulub. Fanat.Az xəbər verir ki, Bakıda keçirilən qrup oyunlarının son turu həm “Dalğa Arena”, həm də BOS-un ehtiyat meydançasında baş tutub.
Hər iki oyun eyni saatda başlayıb. İlk iki matçda məğlub olan komandamız son görüşündə özü kimi xalsız qalan Monteneqro ilə üz-üzə gəlib. Siyasət Əsgərovun yetirmələri heç-heçə edərək 1 xalla təsəlli tapıblar.
İspaniya ilə İslandiya isə öz aralarında lideri müəyyən etmək üçün oynayıblar. Favorit İspaniya 2:1 hesablı qələbə qazanaraq vahid lider olub.
8 oktyabr
İslandiya - İspaniya 1:2
Qollar: Vihyalmstoddir, 32 - Pina, 13; 50.
Bakı. Olimpiya Stadionu, ehtiyat meydança.
Monteneqro - Azərbaycan 1:1
Qollar: Nada, 5 - Mirzəliyeva, 21.
Bakı. "Dalğa Arena".
1. İspaniya330027-1 9
2. İslandiya32018-2 6
3. Azərbaycan30121-6 1
4. Monteneqro30121-28 1
Fanat.Az