17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanda təşkil ediləcək UEFA İnkişaf turnirində iştirak edəcək.
Fanat.Az xəbər verir ki, mayın 10-dan 16-dək keçiriləcək yarışda yığma Gürcüstanın və Zambiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
U-17 turnirə hazırlıq məqsədilə mayın 7-dən 10-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Millinin oyunlarının təqvimi və komandanın heyəti:
13 may
17:00. Azərbaycan – Zambiya
16 may
17:00. Azərbaycan – Gürcüstan
1. Hüseynov Osman "Riqa", Latviya 2. Məmmədzadə Sadiq Səbail 3. Məmmədov Musa Qarabağ 4. Qaracayev Ayxan İUGOEM 5. Hüseynov Hüseyn Turan Tovuz 6. Feyziyev Kənan Sumqayıt 7. Tarverdiyev Əhməd Sabah 8. Rəhimov Allahverdi Qəbələ 9. Mahmudzadə Taleh Neftçi 10. Bağırov Dinamin Turan Tovuz 11. Məmmədov Murad Neftçi 12. Cəfərli İlkin Qarabağ 13. Budaqov İlkin Qəbələ 14. Məmmədli Sadiq İUGOEM 15. Mirzəyev Teymur Sabah 16. Əhmədzadə Nihad Sumqayıt 17. Allahverdiyev Məhəmməd İUGOEM 18. Ələkbərli Əşrəf İUGOEM 19. Mənsumov Davud Qarabağ 20. Ağalarov Enar Neftçi