Millimiz dünya üçüncüsü oldu

Millimiz dünya üçüncüsü oldu

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı başa çatıb.

Fanat.Az xəbər verir ki, son üç gündə mübarizə aparan yunan-Roma güləşi üzrə millimiz yarışı komanda hesabında üçüncü sırada tamamlayıb. 101 xal toplayan "klassiklər"imiz Rusiya (183) və İrandan (130) geri qalıb.

Xatırladaq ki, məsul yarışa böyük məşqçi Nurəddin Rəcəbov və məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında 9 güləşçiylə yollanan Azərbaycan komandası 4 medal qazanıb. Həsrət Cəfərov (67 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) və Nihat Məmmədli (60 kq) isə bürünc medala layiq görülüb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər