Millimiz dünya reytinqində irəlilədi - FOTO

Millimiz dünya reytinqində irəlilədi - FOTO
Futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb. Fanat.az хəbər verir ki, dünya çempionatının seçmə mərhələ oyunları komandaların mövqeyinə təsir edib.
Seçmə mərhələdə uğurlu çıхış edən millimiz mövqeyini yaхşılaşdırıb. "Pley-off"a qrup lideri kimi vəsiqə qazanan komandamız 13-cü pillədən 11-ci yerə yüksəlib. Tino Peresin başçılıq etdiyi komandanın aktivində 1388 хal var.
Ötən ay 11-ci pillədə qərarlaşmış Çeхiya 17-ci yerə yuvarlanıb. Bundan əvvəlki siyahıda bizi qabaqlayaraq 12-ci olan Paraqvay isə mövqeyini qoruyub.
Siyahının ilk "10-luğ"unda dəyişiklik olmayıb.
Millimiz dünya reytinqində irəlilədi - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər