Millimiz Dünya Kubokunda 8-ci oldu

Millimiz Dünya Kubokunda 8-ci oldu

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirakını başa vurub.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, Anna Başta, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət kollektiv komanda yarışında ilk görüşündə Argentina seçməsinə 45:26 hesabı ilə qalib gəlib.

Yığma ardınca ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Polşanı 45:39 hesabı ilə məğlub edib.

Sablyaçılar yarımfnala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Fransa kollektivinə 24:45 hesabı ilə uduzub.

Milli 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə İspaniya (40:45) və Yunanıstan komandalarına (29:45) məğlub olaraq turniri 8-ci sırada başa vurub. Hazırda qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli dünya reytinqində 7-ci sırada qərarlaşıb.

Qadın sablyaçıların şəxsi yarışında turnirə əsas mərhələdən qatılan Anna Başta ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə İtaliya təmsilçisi Miçela Battistona 14:15 hesabı ilə uduzub. Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova isə əsas mərhələnin ilk görüşündə mübarizəni dayandırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər