Millimiz Bosniyadakı ikinci oyunundan məğlub ayrıldı

Millimiz Bosniyadakı ikinci oyunundan məğlub ayrıldı

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, millimiz ikinci oyununu qrup matçlarına ev sahibliyi edən Bosniya və Herseqovinaya qarşı keçirib.

Bakı vaxtı ilə saat 17:00-da başlayan oyunu Rumıniyadan olan hakim idarə ediblər. Matç meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, komandamız ilk turda Qazaxıstana 2:0 hesabıyla qalib gəlmişdi.

AÇ-2023-ün seçmə mərhələsi B Liqası, 2-ci qrup 25 mart

Bosniya və Herseqovina – Azərbaycan 2:0 Baş hakim: Ana Mariya Alexandra Tertelak (Rumıniya). Etno Selo Stanişiçi stadionu (Biyelina).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər