Millimiz biabırçı hesabla uduzdu - 12 qol

Millimiz biabırçı hesabla uduzdu - 12 qol
Rusiyanın paytaxtı Moskvada çimərlik futbol üzrə milli komandalar arasında dünya çempionatının seçmə mərhələsi davam edir. 
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi bu gün turnirdə növbəti matçına çıxıb.
 
Komandamızın bu mərhələdəki ilk rəqibi İspaniya olub. 12 qolun qeydə alındığı qarşılaşma yığmamızın məğlubiyyəti ilə başa çatıb – 3:9.
 
Azərbaycan millisi sabah meydan sahibi Rusiya, bir gün sonra isə İsveçrə yığmasıyla qarşılaşacaq. Pley-off mərhələsinin oyunları və mükafatlandırma mərasimi iyulun 27-də keçiriləcək.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər