Millimiz BƏƏ-ni darmadağın etdi

Millimiz BƏƏ-ni darmadağın etdi

Bakıda təlim-məşq toplanışını davam etdirən qadınlardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, “Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin yığması ilə qarşılaşan millimiz 4:0 hesablı qələbə qazanıb.

Peritan Bozdağın dubl etdiyi oyunda komandamızın digər qollarını penaltidən Kristina Bakaranadze və Vüsalə Seyfəddinova vurub.

Bu komandalar arasında fevralın 23-də daha bir oyun keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər