Millimiz Avropa Oyunlarına vəsiqə qazandı

Millimiz Avropa Oyunlarına vəsiqə qazandı

Avropa çempionatının seçmə mərhələsinin (EBSL-2022) ikinci raundunda mübarizə aparan çimərlik futbolu üzrə Azərbaycan milli komandası turnirdə növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, İtaliyanın Kalyarı şəhərində keçirilən oyunda Polşa yığması ilə qarşılaşan komandamız 6:2 hesablı qələbə qazanıb.

Millimizin heyətində Ramil Əliyev (2), Orxan Məmmədov, Hüseyn Axundov, Sabir Allahquliyev və Amid Nəzərov fərqlənib.

Qeyd edək ki, seçmə komandamız sabah 5-ci yer uğrunda oyunda yenidən Ukrayna yığması ilə qarşılaşacaq.

Sabahkı oyunun nəticədən asılı olmayaraq, millimiz gələn il Polşanın Krakov şəhərində təşkil ediləcək III Avropa Oyunlarına vəsiqə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər