Millimiz Antalyada 2 yoldaşlıq oyunu keçirəcək

Millimiz Antalyada 2 yoldaşlıq oyunu keçirəcək

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunları keçirəcək. 

Fanat.Az xəbər verir ki, yığmamız toplanış müddətində 2 rəqiblə qarşılaşacaq.

 

Belə ki, yanvarın 12-də Almaniyanın “Rot Vays Erfurt” klubu ilə üz-üzə gələcək U-21 yanvarın 14-də isə Qazaxıstan təmsilçisi “Okjetpes”lə oyunda qüvvəsini sınayacaq.

 

Oyunlar, müvafiq olaraq, Bakı vaxtı ilə saat 16:00 və 18:00-da başlayacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər