Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, U-21 yığmamızın yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Girəsunspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Ümraniyyəspor”la üz-üzə gəlib və 0:2 hesabıyla uduzub. Kökçü də bu görüşün iştirakçısı olub. Millimizin üzvü 57-ci dəqiqədə forma şansı qazanıb.
İlk məğlubiyyətini alan "Girəsunspor” 4 turdan sonra 9 xalla 3-cü pillədə qərarlaşıb.
Fanat.Az