Fransanın “Olimpik” (Marsel) klubunun yarımmüdafiəçisi Amin Arit uzun müddətə sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, o, Fransa çempionatının 15-ci turunda qarşılaşdıqları “Monako” ilə oyunda zədələnib. Klubun prezidenti Pablo Lonqoriya futbolçunun DÇ-2022-dən sonra oynayıb-oynamayacağına cavab verməkdə çətinlik çəkib: “Biz əlavə tibbi testlərin nəticələrini gözləyəcəyik. Hazırki vəziyyət Ariti mövsümün sonuna qədər itirdiyimizi deyir”. Aksel Disasi ilə mübarizədən sonra zədələnən Mərakeş millisinin üzvü bu üzdən DÇ-2022-də də iştirak edə bilməyəcək.