Milli üzvləri otelə fahişələr gətirib əyləndilər

Milli üzvləri otelə fahişələr gətirib əyləndilər
Çili milli komandasının futbolçuları cəzalandırılıblar. 
Fanat.Az xəbər verir ki, hazırda Amerika Kuboku üçün Braziliyada məskunlaşan milli üzvləri koronavirusla bağlı qaydaları pozublar.
 
İnformasiyanı Çili Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Federasiyadan edilən açıqlamada, otelə gizlicə bərbər gətirən yığma üzvlərinin pul cəzasına məruz qalacaqları bildirilib.
 
İspaniyanın "Marca” nəşrinin iddiasına görə, bir neçə çilili futbolçu qaldıqları otelə fahişələr dəvət edərək əyləncə məclisi qurublar. Sözügedən yığmanın bu səbəbdən iyunun 19 və 20-də məşq etmədiyi vurğulanıb.
 
Çili yığması Amerika Kubokunun qrup mərhələsinin 3-cü turunda sabah Uruqvayla qarşılaşacaq. Oyun saat 01:00-da başlayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər