Milli müdafiəçimizdən 90 dəqiqə

Milli müdafiəçimizdən 90 dəqiqə

Ukrayna Premyer Liqasında XXVII turun oyunları keçirilir.

 

Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya”  da növbəti matçına çıxıb. Pavelin "ikinci altılıq"da oynayan komandası "Olimpik Donetsk”lə üz-üzə gəlib.

 

Elitada qalmaq uğrunda çarpışanların duelində qolsuz bərabərlik qeydə alınıb. Oyuna start heyətində başlayan Paşayev 90 dəqiqə tər töküb.

 

 

Qeyd edək ki, 30 xal yığan "Aleksandriya” "ikinci altılıq”da 2-ci pillədədi.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər