Milli komandamızda daha iki xorvat mütəxəssis

Milli komandamızda daha iki xorvat mütəxəssis
Milli komandamızın baş məşqçisi Nikola Yurçeviçin daha iki köməkçisinin adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, xorvat mütəxəssisə həmyerliləri Frano Leko və Armin Alibekoviç yardım edəcək.
51 yaşlı Frano Leko fitnes məşqçisi kimi çalışır və son iş yeri BƏƏ-nin "Əl-Ayn" klubu olub. 
Skaut və video-analitik vəzifəsində fəaliyyət göstərən Armin Alibekoviç isə BƏƏ-nin U-17 yığmasında, Polşanın "Legiya" və Xorvatiyanın "Dinamo" (Zaqreb) klublarında çalışıb.
Qeyd edək ki, bundan əvvəl Mario Tokiç, Arif Əsədov və Dmitri Kramarenko (qapıçı məşqçisi) Nikola Yurçeviçin köməkçisi təyin olunub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər