Milli komandamız ABŞ-la eyni turnirdə

Milli komandamız ABŞ-la eyni turnirdə
Slovakiyada 2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasına beynəlxalq turnir keçiriləcək. 
Fanat.Az xəbər verir ki, 7-11 may tarixlərində təşkil olunacaq "Slovakia Cup 2018” turnirində Azərbaycanın U-19 yığması çıxış edəcək.
8 komandanın  qatılacağı yarışda həmçinin, Slovakiya, Uels, Macarıstan, ABŞ, Çexiya, Ukrayna və Qazaxıstan yığmaları da mübarizə aparacaq. Azərbaycan yığması meydan sahibləri, Uels və Macarıstanla birgə A qrupunda yer alıb:
A qrupu: Azərbaycan, Slovakiya,  Uels, Macarıstan
B qrupu: ABŞ, Çexiya, Ukrayna, Qazaxıstan 
7 may
14:00. Azərbaycan – Macarıstan 
8 may
14:00. Azərbaycan – Uels 
10 may
14:00. Slovakiya – Azərbaycan
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər