Yunanıstan millisinə yeni baş məşqçi təyin olunub.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb.
Post Qustavo Poyetə həvalə olunub.
54 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, uruqvaylı məşqçi bu vəzifədə Con Vant Sxipi əvəzləyib.