Milli hücumçumuz meydana çıxdı, komandası qələbə topunu vurdu

Milli hücumçumuz meydana çıxdı, komandası qələbə topunu vurdu

Türkiyə Kubokunda 5-ci mərhələnin oyunları keçirilir.

 

 

Fanat.Az-ın məlumatına görə, son vaxtlar Azərbaycan millisinə çağırılmayan Dəniz Yılmazın komandası - "Gənclərbirliyi" öz meydanında "Hatayspor"la üz-üzə gəlib.

 

 

Qarşılaşma Ankara təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. "Gənclərbirliyi" 71 və 90-cı dəqiqələrdə qol vurub. Dənizə gəlincə, "milliləşdirilmiş” forvard matçın 80-ci dəqiqəsində oyuna qoşulub.

 

 

Tərəflərin cavab görüşü 18-20 dekabr aralığında keçriləcək.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər