Milli Hokkey Liqası da dayandırıldı

Milli Hokkey Liqası da dayandırıldı
Milli Hokkey Liqası (NHL) koronavirus pandemiyası səbəbindən 2019-20 mövsümünün rəsmən dayandırıldığını bəyan edib.
Fanat.Az xəbər verir ki, liqanın komissioneri Qeri Bettmen bu barədə bəyanat yayıb:
"Koronavirus pandemiyası ilə əlaqədar olaraq tibbi mütəxəssislər və NHL-in idarə heyəti ilə məsləhətləşdikdən sonra çempionatı dayandırmaq qərarına gəldik.
Mümkün qədər tez və ən uyğun zamanda çempionatı bərpa etmək əsas məqsədimizdi. Hokkey mövsümünü bitirmək və qalibə Stenli Kubokunu təqdim etmək istəyirik.
Azarkeşlərə səbrlərinə görə təşəkkür edirik. Sağlamlığınıza fikir verin".
Qeyd edək ki, Ümumdünya Səhiyyət Təşkilatı koronavirusun artıq pandemiya mərhələsinə qədəm qoyduğunu açıqlayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər