Milli futbolçu sıradan çıxdı

Milli futbolçu sıradan çıxdı

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Brüyne sıradan çıxıb. 

Fanat.Az xəbər verir ki, 30 yaşlı belçikalı futbolçu ayaq biləyindən zədə alıb. 

Beləliklə, o, komandasının İngiltərə Premyer Liqasında "Arsenal"la görüşünü, eləcə də Belçika millisinin DÇ-2022-nin seçmə oyunlarında Estoniya (2 sentyabr), Çexiya (5 sentyabr) və Belarus (8 sentyabr) ilə qarşılaşmalarını buraxmalı olacaq. 

Qeyd edək ki, "Mançester Siti" - "Arsenal" oyunu sabah keçiriləcək. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər