Milli faciə davam edir: bu dəfə "altı"nı vurdu

Milli faciə davam edir: bu dəfə "altı"nı vurdu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə qoşuldu. Kaş qoşulmayaydı...
 
Dünən komandamız ilk oyununu keçirdi və biabırçı hesabla uduzdu. Vüqar Məmmədin yetirmələri bukmekerlərin sevimli "7+”nu gətirmək üçün dəridən-qabıqdan çıxdı. Yunanıstanın Patra şəhərindəki "Papacharalambio Ethniko” stadionunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 1:6 hesablı məğlubiyyətimizlə bitdi.
 
Komandamızın heyətində yeganə qolu 62-ci dəqiqədə penaltidən fərqlənən Berkay Vardar vurdu. Hətta belə milliləşdirilənlərdlə darmadağın oluruqsa, gör Azərbaycan futbolu nə gündədi, legionerlər olmasa, hansı hesabla uduzardıq? AFFA rəhbərliyi 12 ildi futbolu o qədər "inkişaf etdirib” ki, növbəti matçlarda almanları və Qazaxıstanı darmadağın edəcəyik. Şübhə edən varmı?
 
Şübhəsi olanlar üçün bütün milli komandalarımızın 2019-cu ildə keçirdiyi oyunların siyahısını dərc edirik. Baxın və əmin olun ki, futbolumuzun gələcəyi necə "parlaqdı”...
 
ƏSAS MİLLİ
8 oyun: 1 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət, top fərqi - 8:16
Macarıstan 0:1
Bəhreyn 3:2
Xorvatiya 1:1
Uels 1:2
Slovakiya 1:5
Macarıstan 1:3
Litva 0:0
Xorvatiya 1:2
 
U-21
5 oyun: 1 qələbə, 4 məğlubiyyət, top fərqi - 2:11
Fransa 0:5
Gürcüstan 0:3
Slovakiya 2:1
Lixtenşteyn 0:1
İsveçrə 0:1
 
U-19
15 oyun: 2 qələbə, 5 heç-heçə, 8 məğlubiyyət, top fərqi - 8:25
Çexiya 0:4
Norveç 0:1
Rumıniya 0:4
İrlandiya 1:3
Rusiya 0:0
Küveyt 1:1
İspaniya 0:2
Şotlandiya 0:2
BƏƏ 1:1
BƏƏ 0:1
Belarus 0:4
Belarus 1:0
Malta 2:2
Malta 0:0
San Marino 2:0
 
U-17
12 oyun: 1 qələbə, 1 heç-heçə, 10 məğlubiyyət, top fərqi - 9:34
Belarus 0:2
Belarus 1:4
Litva 3:1
Latviya 0:2
Ukrayna 2:4
İsrail 0:6
Gürcüstan 0:2
Səudiyyə Ərəbistanı 1:2
Makedoniya 1:2
Bosniya və Herseqovina 0:3
Bosniya və Herseqovina 0:0
Yunanıstan 1:6
 
U-16
2 oyun: 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi - 3:5
Makedoniya 1:3
Makedoniya 2:2
 
QADINLAR
3 oyun: 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi - 0:5
İspaniya 0:4
Estoniya 0:0
Estoniya 0:1
 
U-19 (qızlar)
6 oyun: 1 qələbə, 5 məğlubiyyət, top fərqi - 2:24
Albaniya 1:0
Almaniya 0:6
Portuqaliya 0:6
Rusiya 0:7
Belarus 1:2
İran 0:3
 
U-17 (qızlar)
5 oyun: 1 heç-heçə, 4 məğlubiyyət, top fərqi - 0:14
Gürcüstan 0:0
Gürcüstan 0:2
Sloveniya 0:6
Norveç 0:5
Farer adaları 0:1
 
U-16 (qızlar)
3 oyun: 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi - 3:2
Farer adaları 2:0
Belarus 1:2
Qazaxıstan 0:0
Mənbə: Futbolinfo.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər