Bu gün UEFA Millətlər Liqasının final mərhələsində digər yarımfinal görüşü keçirilib.
Fanat.Az xəbər verir ki, "Dördlər finalı"nda həlledici qarşılaşmaya son vəsiqə uğrunda Belçika və Fransa yığmaları qarşılaşıb.
Turindəki "Yuventus" stadionunda baş tutan görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
Belçika ilk yarıda iki qol vursa da, "xoruzlar" fasilədən sonra geridönüş etməyi bacarıb və finala yüksələrək İspaniyaya rəqib olub.
Qeyd edək ki, yarımfinalın ilk görüşündə İspaniya millisi İtaliyanı 2:1 hesabı ilə məğlub edib.
UEFA Millətlər Liqası, final mərhələsi Yarıminal 7 oktyabr
Belçika - Fransa 2:3
Qollar: Y.Karrasko, 37. R.Lukaku, 41. - K. Benzema,62. K. Mbappe, 69-pen. T. Ernandes, 90+1.
Hakimlər: Daniel Zibert, Yan Zaydel, Eduard Baytunger, Harm Osmers (hamısı Almaniya) Turin. "Yuventus" stadionu
Belçika: Tibo Kurtua, Tobi Alderveyreld, Ceyson Denayer, yan Vertongen, Tomoti Kastan, Yannik Karrasko, Kevin de Bröyne, Yuli Tilemans, Aksel Vitsel, Eden Hazar, Romelu Lukaku.
Fransa: Uqo Lyoris, Luka Ernandes, Jül Kunde, Rafael Varan, Teo Ernandes, Benjamen Pavar, Pol Poqba, Adrien Rabyo, Kərim Benzema, Antuan Qrizmann, Kilian Mbappe.
Xatırladaq ki, 3-cü yer uğrunda və final oyunları oktyabrın 10-da olacaq. İkinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.