Millət vəkili legionerlərdən danışdı

Millət vəkili legionerlərdən danışdı

Rusiya Dövlət Dumasının deputatı Svetlana Jurova əcnəbi futbolçuların RPL-i tərk etməsindən danışıb.

Fanat.Az xəbər verir ki, "TASS" agentliyi millət vəkilinin dediklərini belə çatdırıb:

“Legionerlərin bir hissəsinin gedişi ilə bağlı gənclərə daha çox şans verilsə, onlarda özlərinə inam yaranacaq. Bəlkə də daha çox çalışacaqlar.

Düşünürəm ki, legioner futbolçu öz təcrübəsini və bacarığını bölüşərsə, nəticələrin yaxşılaşmasına kömək edərsə, deməli, bu, yaxşı legionerdir. Onlardan mümkün qədər hər şeyi sıxıb çıxarmaq lazımdır. Burada yaxşı pul alırlar. Boş yerə maaş vermirik ki...Amma unutmayaq ki, hamı belə deyil". 

Xatırladaq ki, FİFA və UEFA-nın Rusiya Futbol İttifaqına tədbiq etdiyi sanksiyalara görə əcnəbi futbolçular kütləvi şəkildə PFL klublarını tərk edirlər.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər