Moskva “Spartak”ının azarkeşlərini daşıyan mikroavtobus qəzaya düşüb.
Fanat.Az "74.ru" saytına istinadən xəbər verir ki, hadisə ötən gün, fanatlar Rusiya Premyer Liqasının 28-ci turunda keçirilən “Ural” – “Spartak” oyunundan qayıdarkən baş verib. Mikroavtobusda 15 azarkeş olub və onlardan 1-i ölüb.
Qeyd edək ki, "Spartak" həmin matçı 3:1 hesablı qələbə ilə başa vurub.
Nihat