Meyson Maunt tilsimi qıra bilmir

Meyson Maunt tilsimi qıra bilmir

Bu yay "Çelsi"ni "Mançester Yunayted"ə dəyişən Meyson Maunt bu il İngiltərə Premyer Liqasında qol hesabını aça bilmir.

Fanat.Az-ın məlumatına görə, MY forması ilə 8 çempionat matçına çıxan yarımmüdafiəçi nə qol vurub, nə də məhsuldar ötürmə müəllifi olub.

24 yaşlı oyunçu bu il "zadəganlar"ın sıralarında da İPL-də qol və ya məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşə bilməyib.

Meyson son dəfə bu ilin sentyabrında məhsuldar göstərici ilə yadda qalıb. O, "qırmızı şeytanlar"ın "Kristal Pelas"a qarşı İngiltərə Kuboku çərçivəsində keçirdiyi görüşdə (3:0) məhsuldar ötürməyə imza atıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər