Mevlüt Erdinç aşağı liqa klubuna keçdi

Mevlüt Erdinç aşağı liqa klubuna keçdi

Türkiyə millisinin sabiq hücumçusu Mevlüt Erdinç Superliqa təmsilçisi “Fatih Karagümrük”ü 1-ci liqada mübarizə aparan “Kocaelispor”a dəyişib.   Fanat.Az Kocaeli təmsilçisinin saytına istinadən xəbər verir ki, 34 yaşlı forvard 2 illik müqaviləyə imza atıb.   Erdinç ötən ilin yayından “Fatih Karagümrük”ün formasını geyinirdi. Bu komandada 32 matçda 4 qol vuran ön xətt oyunçusu  daha öncə “Soşo”, PSJ, “Renn”, “Sent Etyen”, “Hannover”, “Genqam”, “Mets”, “Başakşəhər”, “Antalyaspor” və “Fənərbağça”nın da uğurları üçün çalışıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər