"Fənərbağça"dan ayrılan Mesut Özilin yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi "Başakşehir"lə anlaşıb.
"TRT Spor"un yaydığı məlumata görə, onunla yaxın günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, Mesut Özil 2021-ci ilin yanvarında "Fənərbağça" ilə 3,5 illik sözləşmə imzalamışdı. Lakin martın 24-də sabiq baş məşqçi İsmail Kartalla məşqdə mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılmışdı. Klub iyulun 11-də təcrübəli futbolçunun müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.