Məsut Özildən təqdirəlayiq addım

Məsut Özildən təqdirəlayiq addım

"Fənərbağça"nın yarımmüdafiəçisi Məsut Özil İngiltərədə Cənubi Asiyadan olan gənc futbolçuların inkişafı üçün mərkəz yaradacaq.

Fanat.Az "Sky Sports" saytına istinadən xəbər verir ki, mərkəz "Bredford Siti" klubunun nəzdində təşkil olunacaq. 

Klubun rəsmi saytına danışan Özil bildirib: 

"Cənubi Asiya təmsilçilərinin futbola niyə sadəcə azarkeş olaraq gəlməlidir? Niyə onların arasında peşəkar futbolçu görmürük? Onlara bu sahədə uğur qazanmaq imkanı vermək istərdim."

Xatırladaq ki, hazırda İngiltərədə 4 milyona yaxın Cənubi Asiyalı yaşayır.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər