Məsut Özil üçün sürpriz təklif - 40 milyon avro

Məsut Özil üçün sürpriz təklif - 40 milyon avro
"Arsenal"dan ayrılacağı deyilən Məsut Özilə daha bir klub elçi düşüb. Fanat.Az xəbər verir ki, bu barədə İtaliyanın "Corriere dello Sport" qəzeti məlumat yayıb.
Qəzet iddia edib ki, "Yuventus" Almaniya millisinin türk üzvünü heyətinə qatmaq istəyir. Turin klubu "Arsenal"ın 5 illik müqavilə təklifini rədd edən futbolçu üçün 40 milyon avro təklif edir. 
Qeyd edək ki, Məsut Özilin xidmətində "Mançester Yunayted"in də maraqlı olduğu bildirilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər