Məşhur stadionun azarkeş tutumu artırıldı

Məşhur stadionun azarkeş tutumu artırıldı

“Atletiko” klubu doğma stadionu “Metropolitano”nun tutumunu artırdığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, indi arena 70 460 nəfərə qədər azarkeşi qəbul edə bilər.

“Atletiko”nun stadionunun əsası 1990-cı ildə qoyulub. Tikinti 1990-1993-cü illərdə aparılıb. Arenanın ilkin tutumu 20 min tamaşaçı olub. Stadionun açılışı 6 sentyabr 1994-cü ildə baş tutub. Lakin 2004-cü ildə stadion bağlanıb və yenidən qurulub.

“Atletiko” 2013-cü ilin sentyabrında köhnə qapalı arenanın yerində yeni stadion inşa ediləcəyini açıqlamışdı. 2017/2018 mövsümündən bəri “Metropolitano” “Atletiko”nun doğma stadionudır. 2019-cu il iyunun 1-də bu stadionda Çempionlar Liqasının final oyunu keçirilib. “Liverpul” həlledici matçda “Tottenhem”i 2:0 hesabı ilə məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər