Məşhur rus Ermənistan millisini çalışdıra bilər

Məşhur rus Ermənistan millisini çalışdıra bilər

Ermənistan millisi tanınan rusiyalı mütəxəssis Leonid Slutskiyə tapşırıla bilər.

Fanat.Az xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb. 

"Sport-Express" "Rubin" klubundan yeni ayrılan Slutskiylə danışıq aparıb-aparmadıqlarını öyrənmək üçün Ermənistan yığmasının mətbuat katibi Hayk Karapetyanla əlaqə saxlayıb: "Ermənistan Futbol Federasiyası milli komandanın baş məşqçi postuna axtarış aparır. Proses aktiv mərhələdədir. Ancaq tərəfimizdən mütəxəssislərlə danışıqlar prosesi şərh edilmir".

Bundan əvvəl Slutskinin "Krasnodar"a rəhbərlik edə biləcəyi bildirilirdi. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər