Məşhur qapıçı Ronaldonun klubunda - RƏSMİ

Məşhur qapıçı Ronaldonun klubunda - RƏSMİ

Növbəti mövsümdən İspaniya La Liqasında mübarizə aparmaq hüququ qazanan "Real Valyadolid" yeni futbolçu ilə güclənib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı əfsanənin - Ronaldonun sahibi olduğu klub "Vilyarreal"ın sabiq qapıçısı Serxio Asenxonu azad agent qimində heyətinə qatıb.

33 yaşlı "çərçivə" qoruyucusu müddəti 2024-cü ilə qədər olan anlaşmaya imza atıb.

Asenxo 2014-2022-ci illər aralığında "Vilyarreal"da forma geyinib. Bu klubda ümumilikdə 256 matça çıxan qapıçı 84 görüşdə qapısını toxunulmaz saxlayıb. O, 2020/21 mövsümündə "Vilyarreal"la  Avropa Liqasının qalibi də olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər