Avqustun 14-də "Yuventus"dan ayrılan Voytsex Şensnı gələcəyi ilə bağlı qərarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 34 yaşlı polşalı qolkiper sosial şəbəkə hesablarında peşəkar karyerasını bitirdiyini bəyan edib.
Təcrübəli oyunçu bu addımı həyat yoldaşına və iki övladına daha çox vaxt ayırmaq üçün atdığını vurğulayıb.
Qeyd edək ki, Voytsex Şensnı 2017-ci ildən Turin təmsilçisinin formasını geyinib. Polşalı qapıçı İtaliyada "Roma", İngiltərədə "Arsenal" kimi klubların da uğurları üçün çalışıb.