Məşhur mütəxəssis klubundan ayrılır - Koronavirusa görə

Məşhur mütəxəssis klubundan ayrılır - Koronavirusa görə
Çinin "Dalyan Lifan" klubu baş məşqçisi Rafael Beniteslə yollarını ayıracaq.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, 61 yaşlı mütəxəsis koronavirusun Uzaq Şərqdə yayılması ilə bağlı hazırkı vəziyyətə görə postunu tərk edəcək.
İspaniyalı baş məşqçi ailəsinə yaxın olmaq üçün bu qərarı verib. Hazırda onunla klub rəhbərliyi arasında danışıqlar davam edir. Benites komandaya yeni baş məşqçi tapmaqda köməklik göstərir.
Qeyd edək ki, Rafael Benites İngiltərədə "Liverpul", "Çelsi", İspaniyada isə "Real Madrid" kimi komandaların baş məşqçisi olub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər