Məşhur müğənni Pink Ronaldudan kömək istədi

Məşhur müğənni Pink Ronaldudan kömək istədi

Məşhur amerikalı müğənni Pink xeyriyyə tədbiri üçün “Mançester Yunayted”in ulduz futbolçusu Kriştianu Ronalduya müraciət edib. 

Fanat.Az xəbər verir ki, 42 yaşlı müğənni "Twitter" səhifəsi üzərindən portuqaliyalı hücumçudan kömək istəyib:

“Salam, Kriştianu! Bu il Milad bayramında bir neçə uşağa hədiyyə aparacağam. Onlar isə sizin formalarınızdan başqa heç nə istəmirlər. Uşaqların arzusunu həyata keçirmək əzmindəyəm. Mənə bir neçə forma göndərib onların həyatını dəyişmək istərdinizmi? Bilirəm ki, siz hər zaman böyük işlər görürsünüz". 

Ronaldu isə cavabında “Salam Pink. Köməklik göstərməkdən məmnun olaram. Mən uşaqlar üçün bir neçə imzalı köynək göndərəcəyəm", - deyə yazıb.

 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər