Məşhur kluba 26 yaşlı prezident təyin edildi

Məşhur kluba 26 yaşlı prezident təyin edildi
İtaliyanın "İnter" klubunun yeni prezidenti müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Milan təmsilçisinin prezident postuna 26 yaşlı çinli iş adamı Stiven Çjan gətirilib.
Klubun rəsmi sayına açıqlama verən iş adamı "Gözlərimi yumanda böyük tarixə sahib bir şəhər görürürəm və bura yeni tarixlər yazmağı gözləyir" deyib.
Klubdakı digər əsas vəzifələrdə dəyişiklik olmayıb. "İnter”in sabiq kapitanı Xavyer Zanetti vitse-prezident, Alessandro Antonello isə baş menecer postunda qalıb.
2016-cı ildə "İnter"in səhmlərinin böyük hissəsini alan Çinin "Suning Holding" şirkətinin sahibi Çjan Tszindunun oğlu olan Stiven son iki ildə klubun İdarə Heyətində yer alıb. O, klubun 21-ci prezidenti olub. Çinli iş adamı bu postda indoneziyalı Erik Tohiri əvəzləyib
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər