Məşhur italyan Çin millisində

Məşhur italyan Çin millisində
Çin millisinin yeni baş məşqçisi açıqlanıb.
Fanat.Az xəbər verir ki, Çin Futbol Federasiyası komandanı İtaliya yığmasının sabiq futbolçusu Fabio Kannavaroya tapşırıb. 45 yaşlı mütəxəssis Asiya Kubokunun 1/4 finalındakl məğlubiyyətdən sonra istefaya göndərilən həmyerlisi Marçello Lippini əvəzləyib. 
Qeyd edək ki, Kannavaro futbolçu karyerası ərzində  "Napoli", "Parma", "İnter", "Yuventus", "Real" və Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əhli" klublarında çıxış edib. Məşqçiliyə "Əl-Əhli"də başlayan vetera futbolçu daha sonra Səudiyyə Ərəbistanının "Əl-Nəsr", Çinin "Quançjou Everqrand” və "Tianjin Quanjian" klublarına başçılıq edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər